"Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirildi
17 mart 2023 11:38 (UTC +04:00)

"Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirildi

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirilib.

Lent.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Elegiya" adlı şeirinin "Günəşə qovuşmaq istəyirəm mən!" misrası ilə adlandırılan konsert proqramı anşlaqla keçib.

"Heydər Əliyev İli"nə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində təşkil olunmuş şagirdlərin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgidə uşaqların vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən bəyənilib, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Füzuli rayonunun Uşaq musiqi, incəsənət məktəblərinin və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət ansambl, xor kollektivlərinin çıxışları, şagirdlərin ifasında səslənən bəstəkar və xalq mahnıları, rəqslər, xarici ölkələrin musiqi nümunələri alqışlarla qarşılanıb.2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən olan konsert regionda ilin böyük uşaq tədbirlərindən olmaqla uşaq və yeniyetmələrdə Azərbaycan, Vətən, yurd, Qarabağ mövzularına məhəbbət, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.

Ulu Öndər Heydər Əliyevin əbədiyaşar Müstəqil Azərbaycan sevgisindən, mədəniyyət və incəsənətimizə, uşaqlara məhəbbətindən yoğrulmuş əsərlərlə uşaq ifaçılığının nümunələrini səsləndirən şagirdlər Azərbaycan musiqisinin xoş gələcəyinin müjdəçiləri olaraq səhnədə şən əhval-ruhiyyə nümayiş etdiriblər.

Qarabağda erməni işğalı nəticəsində vaxtilə məcburi köçkün ailələrində doğulmuş iştirakçılar növbəti tədbirlərin doğma kəndlərində keçiriləcəyi inamı ilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlıqlarını və sevgilərini musiqi ilə ifadə ediblər.

# 2673
avatar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57