Gələn il pensiyalar bu qədər olacaq
19 noyabr 2024 11:52 (UTC +04:00)

Gələn il pensiyalar bu qədər olacaq

Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini xalqımızın rifahının yaxşılaşdırılması təşkil edir.
 

Lent.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ilin büdcəsində sosialyönümlü xərclər cari illə müqayisədə 2025-ci ildə 1,4 milyard manat artıqdır: "Sosial müdafiə və sosial təminat xərclərini, məcburi köçkünlər üçün xərcləri nəzərə aldıqda bu istiqamətə 4,8 milyard manat vəsait ayrılması planlaşdırılır ki, bu da cari illə müqayisədə 10 faiz artıqdır. DSMF-nin büdcəsinin balanslaşdırılmasına cari ildən 360 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğini 531 manat, yaşa görə əmək pensiyalarının orta aylığ məbləğini isə 569 manat, və ya cari ilin sonu ilə müqayisədə 8% çox planlaşdırırıq. Cari ilin sonu gözləntimiz odur ki, yaşa görə əmək pensiyasının orta aylıq məbləği növbəti ildə 527 manat, əmək pensiyasının orta aylıq məbləği isə 494 manat olacağını planlaşdırırıq".(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43038
avatar

Oxşar yazılar