Gədəbəy və Şamaxıya  DOLU YAĞIB   - Faktiki  HAVA
19 oktyabr 2021 14:24 (UTC +04:00)

Gədəbəy və Şamaxıya DOLU YAĞIB - Faktiki HAVA

Oktyabrın 19-na olan məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə  yağışın miqdarı Şamaxıda 17.0 mm, Qobustanda 13.0 mm, Daşkəsəndə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, İsmayıllıda 6.0 mm, Ağsuda 5.0 mm, Kişçay (Şəki), Oğuz, Gədəbəydə 5.0 mm, Beyləqan, İmişlidə 4.0 mm, Cəfərxan, Sabirabadda 3.0 mm, Hacıqabul, Ağdam, Ordubad, Şahbuzda 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Altıağac, Qusar, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Salyan, Bİləsuvar, Yardımlı, Göytəpə, Sarıbaşda (Qax) 1.0 m-dək olub.

Oktyabrın 18-də isə saat 14:35-14:40 radələrində Gədəbəy rayonu ərazisinə, saat 22:35-23:55 radələrində isə Şamaxı rayonuna xırda dənəli dolu yağıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

Oxşar yazılar