Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
23 yanvar 2021 16:49 (UTC +04:00)

Əhaliyə vəhşi quşlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən daxil olan məlumatlara əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini artırır ki, bunun qarşısının alınması üçün vətəndaşlar tərəfindən aşağıdakı zəruri  tələblərə əməl olunması vacibdir:

- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;

- Ölü halda çöl və ev quşlarına rast gəldikdə  bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003-Çağrı Mərkəzi” və regional bölmələri, rayon baytarlıq idarələri və s.);

- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;

- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının  həyata keçirilməməsi;

- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə

 vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s.

Bununla əlaqədar olaraq, AQTA vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat verməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2912

Oxşar yazılar

Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün iş olmayacaq

22 may 2025 , 12:21
QMİ onu İrəvan qazısı   təyin etdi

QMİ onu İrəvan qazısı təyin etdi

22 may 2025 , 11:58
Şeyx özünə yeni müavin  təyin etdi

Şeyx özünə yeni müavin təyin etdi

22 may 2025 , 11:49
Sumqayıtda qaz KƏSİLDİ

Sumqayıtda qaz KƏSİLDİ

22 may 2025 , 11:31
Qurban bayramı ilə bağlı  fətva verildi:  Bayram namazı nə vaxt qılınacaq?

Qurban bayramı ilə bağlı fətva verildi: Bayram namazı nə vaxt qılınacaq?

22 may 2025 , 11:28
Pensiya alanlara ŞAD XƏBƏR:  pullar sabah ödəniləcək

Pensiya alanlara ŞAD XƏBƏR: pullar sabah ödəniləcək

22 may 2025 , 11:24
Benzin və dizel ucuzlaşacaq?

Benzin və dizel ucuzlaşacaq?

22 may 2025 , 11:12
Müəllim olmaq istəyənlər üçün sənəd qəbulu BAŞLADI

Müəllim olmaq istəyənlər üçün sənəd qəbulu BAŞLADI

22 may 2025 , 11:05