DYP-dən maska ilə bağlı MÜRACİƏT
31 may 2021 15:14 (UTC +04:00)

DYP-dən maska ilə bağlı MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi qapalı məkanlarda maskadan istifadə ilə bağlı hərəkət iştirakçilarına müraciət edib.

Lent.az-ın məlumatına görə, bu barədə İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar:

"Əvvəl olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar