Dumanlı hava nə qədər davam edəcək? -  AÇIQLAMA
03 mart 2022 11:34 (UTC +04:00)

Dumanlı hava nə qədər davam edəcək? - AÇIQLAMA

Dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. 

“Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkəti  və inversiya qatı  dumanın  əmələ gəlməsinə  səbəb olub”.  
     
G.Məmmədovanın sözlərinə görə, Naftalan, Şəmkir, Daşkəsən, Göygöl, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Yevlax, Göyçay, Sabirabad, Hacıqabul, İmişli, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik, Astara, Ağdam, Bakı və Abşeron yarımadasında görünüş  50-500 metrədək məhdudlaşıb. 

“Ölkə ərazisində dumanlı hava şəraiti martın 4-ü səhərədək davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Fidan İlqar

Oxşar yazılar