DİQQƏT!  Uşaqlar arasında YENİ VİRUS : gözləri, qulaqları...
25 may 2022 13:04 (UTC +04:00)

DİQQƏT! Uşaqlar arasında YENİ VİRUS: gözləri, qulaqları...

“Son dövrlərdə xüsusən də son 1 ayda uşaqlar arasında konyunktivlər (göz qızartıları) artıb. Gözlərin hiperimiyası artıb. Bunun da səbəbi onun virus mənşəli olmasıdır”. 

Bunu Lent.az-a açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.

O bildirib ki, belə virusların aktivləşməsi hava şəraiti ilə bağlıdır:

“Xüsusən də hava şəraitinə, iqlimdə olan qlobal dəyişikliklə bağlı olaraq müəyyən virusların aktivləşməsi nəticəsində gözlərdə, qulaqlarda və əsnəkdə qızartılar yaranır”. 

Onun sözlərinə görə, uşaqlarda göz qızartıları iki formada gedir:

“Konyunktivlər allergik və virus formasında gedir. Allergik konyunktivi daha çox allergiyası olan uşaqlarda olur. Onun müalicəsi pediatr, allerqoloq tərəfindən aparılır. Virus konyunktivlərində isə uşaqda mədə-bağırsaq problemlərinə, nazofaringit əlamətlərinə baxılır. Və ona uyğun da pediatr tərəfindən müalicə aparılır”. 

# 4890
avatar

Aytəkin Cəlali

Oxşar yazılar