DİQQƏT!   Bakıda dəhşətli tıxaclara HAZIR OLUN - SƏBƏB AÇIQLANDI
05 sentyabr 2022 16:31 (UTC +04:00)

DİQQƏT! Bakıda dəhşətli tıxaclara HAZIR OLUN - SƏBƏB AÇIQLANDI

Sentyabrın 15-dən ölkə ərazisində dəhşətli tıxaclar gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu il dərslər başladıqdan (cəmi bir həftədən) sonra paytaxt Bakının küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik.

"Bunu güman etmək üçün qeyd etdiyim məqamlara diqqət etmək kifayətdir:

- paytaxt metropoliteni genişlənmir, demək olar ki, yerində sayır (8-10 ilə bir stansiyanın istismara verilməsi yerində sayamaq kimi bir şeydir);

- paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil;

- taksi aqreqatorları “hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarmışdır;

- ictimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və “ucuz taksi” şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər. Köhnə, bəzən yarasız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir (inkişaf etmiş ölkələrdə belədir). Amm bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur;

- velosipedin real mobillik (yerdəyişmə) vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var;

- tıxac yaradan digər səbəblər (müəyyən yerlərdə hərəkətin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s.) də yerində qalır.

Belə mənzərə fonunda tıxaclar qaçılmaz olur. Nəticədə vaxtımız (ömrümüz), pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir...

Ən kədərlisi odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur (varsa da, cəmiyyətə məlum deyil). Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır".

# 4968
avatar

Fidan İlqar

Oxşar yazılar

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR  - RƏSMİ - YENİLƏNİB

Səs yazısı yayılan direktor İŞDƏN ÇIXARILIR - RƏSMİ - YENİLƏNİB

29 noyabr 2022 , 21:37
“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq  

29 noyabr 2022 , 20:18
Dekabrda gözlənilən maqnit qasırğaları:  ən təhlükəli günlər   AÇIQLANDI

Dekabrda gözlənilən maqnit qasırğaları: ən təhlükəli günlər AÇIQLANDI

29 noyabr 2022 , 20:15
"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

"Tamadalar", bərbər və dərzilərdən bu qədər pul alınacaq

29 noyabr 2022 , 12:28
Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

Naxçıvan gömrüyünə yeni rəis təyin olundu - FOTO

29 noyabr 2022 , 12:20
Sabah güclü  yağış və qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü yağış və qar yağacaq - HAVA PROQNOZU

29 noyabr 2022 , 12:16
Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

29 noyabr 2022 , 12:05
Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU  - SƏBƏB

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələri QOVDU - SƏBƏB

29 noyabr 2022 , 10:53