DİQQƏT:  Bakıda bu marşrutların hərəkət qrafiki dəyişdirilir
15 aprel 2021 17:55 (UTC +04:00)

DİQQƏT: Bakıda bu marşrutların hərəkət qrafiki dəyişdirilir

Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, M1, M2, M6, 11, 43, 51, 57 və 104 saylı müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib. 

Dəyişikliyə əsasən:

51 və 57 saylı marşrutlar: 

- X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi;

M1,M2,M6,43  saylı marşrutlar:

- “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 saylı müntəzəm  marşrut - “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə;

11  saylı müntəzəm  marşrut - Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi  - İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2587

Oxşar yazılar

Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44
Bu ayın sonu da 4 gün iş olmayacaq

Bu ayın sonu da 4 gün iş olmayacaq

4 iyun 2025 , 15:01
Əsgər valideynlərinə XƏBƏRDARLIQ:  Qurban bayramında görüşə gəlməyin

Əsgər valideynlərinə XƏBƏRDARLIQ: Qurban bayramında görüşə gəlməyin

4 iyun 2025 , 14:56
Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

4 iyun 2025 , 14:12