Daha bir marşrutda gediş haqqı kartla ödəniləcək
21 aprel 2021 12:21 (UTC +04:00)

Daha bir marşrutda gediş haqqı kartla ödəniləcək


Aprelin 23-dən 119 saylı marşrut xətti (“Memar Əcəmi” m/s –Xırdalan şəhəri (O.Sarıvəlli küç.,) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat AgentliyindənLent.az-a verilən xəbərə görə, bununla da gün ərzində orta hesabla 20.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Oxşar yazılar