Cadugərə sevgilisini qaytarmaq üçün  20 min ödədi
19 avqust 2024 18:58 (UTC +04:00)

Cadugərə sevgilisini qaytarmaq üçün 20 min ödədi

Moskva sakini sevgilisini geri qaytarmaq üçün internetdə tapılan cadugərə 1,7 milyon rubl (təxminən 20 min dollar) ödəyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bildirilir ki, paytaxt sakini sevgilisindən ayrılmaqda çətinlik çəkib. Sevgilisini geri qaytarmaq üçün İnternetdə veb saytını tapdığı bir cafugərə müraciət edib.

Yazışmalarda cadugər sevgini uzaqdan qaytaracağına əmin edib, ancaq əvəzində pul ödəməli olduğunu deyib. Əvvəlcə kişi kiçik məbləğlər köçürüb, lakin sonra rituallar daha bahalı olub. Nəticədə bir aydan az müddətdə 35 yaşlı Romeo cadugərin adına 1,7 milyon rubl köçürüb.

"Pul və qız geri qaytarılmayıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, dələduzluğun bütün hallarının müəyyən edilməsi Perovskaya rayonlararası Prokurorluğunun nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar