Bu müəllimlərin  maaşı   artırıldı
29 mart 2023 15:06 (UTC +04:00)

Bu müəllimlərin maaşı artırıldı

Sertifikasiya imtahanlarında nə qədər müəllimin maaşına 10 və 35 faiz əlavə olunduğu açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, sertifikasiyadan keçən 5624 müəllimin maaşına 10, 3127 müəllimin maaşına isə 35 faiz əlavə olub.

# 2943
avatar

Oxşar yazılar