Bu əraziyə qar yağır,  Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
06 may 2025 16:50 (UTC +04:00)

Bu əraziyə qar yağır, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Mayın 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Naxçıvan, Şahbuz, Göygöl, Daşkəsən, Ağdam, Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Qubadlı, Füzuli, Xocalı, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Balakən, Xınalıq, Altıağac, Zaqatala, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Sabirabad, Lənkəran və Astarada arabir şimşək çaxır və leysan xarakterli yağış yağır.

Şahdağda isə qar yağması müşahidə olunur.

Gədəbəydə saat 14:42-14:45 radələrində diametri 4 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22, Aran rayonlarında 23, Naxçıvan MR-da 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar