BNA terminalları çıxarıb yerinə reklam yerləşdirdi - FOTOFAKT
18 may 2022 11:40 (UTC +04:00)

BNA terminalları çıxarıb yerinə reklam yerləşdirdi - FOTOFAKT

Koroğluda ödəmə terminalları üçün ayrılan məntəqə boşaldılıb.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalları əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılıb və həmin yer "Simit Sarayı"na kirayə verilib.

Buna səbəb isə Bakı Nəqliyyat Agentliyindən bildirildiyinə görə, ödəmə aparatlarının məntəqədə qızmasıdır:

“Məntəqə daxilində avadanlıqlar həddindən artıq qızdığı üçün müəyyən texniki problemlər yaranırdı. Bu səbəbdən terminallar müvəqqəti olaraq məntəqədən çıxarılıb”.


Bəs, maraqlıdır “Simit Saray”ın TEZLİKLƏ BURADA reklamı da müvəqqətidir?!


 

# 3789
avatar

Aytəkin Cəlali

Oxşar yazılar