Bayram günü avtobuslar işləyəcək -  RƏSMİ
26 may 2021 15:05 (UTC +04:00)

Bayram günü avtobuslar işləyəcək - RƏSMİ

28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

Qərara əsasən, ictimai nəqliyyatın hərəkət mayın 29-u saat 00:00-dan mayın 31-i saat 06:00-dək dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4140
avatar

Oxşar yazılar