Baş həkimdən efirdən müalicə edənlərə - “Ona dərs deyəndən utanmır? ”
14 noyabr 2023 14:44 (UTC +04:00)

Baş həkimdən efirdən müalicə edənlərə - “Ona dərs deyəndən utanmır?

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin efirdə gedən tibbi verilişlər barəsində danışıb.

Lent.az xəbər verir ki, baş həkim APA-ya müsahibəsində bu barədə aşağıdakılarə qeyd edib:

“Tibbi verilişlər daha çox özəl kanallarda yayımlanır. Həmin kanallarda da “Azərbaycanda nömrə 1 həkim” adlandırılanlar var. İndi bunu aparıcı deyir, bəs, həmin həkim özü ona dərs deyən professordan utanmır?! O professor ki ultrasəs, kompüter tomoqrafiya, MRT və s. müayinə üsulu olmadan xəstəyə 100% diaqnoz qoyur. İllərini tibb sahəsinə həsr etmiş həkimlə, bir neçə ilin həkiminin təcrübəsi eyni deyil.

Həkimlik elə sahədir ki, gərək ömür boyu oxuya, daim təkmilləşəsən. Bir müalicə üsuluna söykənib onunla davam etmək düzgün deyil. Dərmanlar da, müalicə və müayinə üsulları da daim inkişaf edir, müsbətə doğru dəyişir. Bir neçə illik təcrübəsi ilə efirə çıxanların çoxu xəstə yığmağa çalışır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5526
avatar

Oxşar yazılar