Bakının mərkəzində hərəkət məhdudlaşdırılır
25 mart 2023 14:00 (UTC +04:00)

Bakının mərkəzində hərəkət məhdudlaşdırılır

Bakının mərkəzi prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Lent.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır:

"Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".

A.Əsgərli bildirib ki, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.

# 2517
avatar

Oxşar yazılar