Bakının iki rayonunda  su problemi   olacaq -  XƏBƏRDARLIQ
11 sentyabr 2023 13:06 (UTC +04:00)

Bakının iki rayonunda su problemi olacaq - XƏBƏRDARLIQ

Bakıda bəzi ərazilərdə , həmçinin digər rayon və kəndlərdə  içməli suyun verilişində məhdudiyyətlər var.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən
Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür
Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.

Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir. Bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.

Yaranmış narahatlıqla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatlatı Agentliyi “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20328
avatar

Oxşar yazılar