Bakının bu ərazilərində də parkinq qiymətləri QALDIRILDI
27 mart 2024 11:14 (UTC +04:00)

Bakının bu ərazilərində də parkinq qiymətləri QALDIRILDI

Paytaxtın daha bir yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri qalxıb.

Lent.az sosial mediaya istinadən xəbər verir ki, gələn aydan “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda parkinq qiymətlərinin cədvəli yayılıb. 

Cədvəldə görünür ki, aprelin 1-dən qüvvəyə minəcək qaydaya görə, “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. 

Xatırladaq ki, ötən gün Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında müəyyənləşən yeni parkinq tariflərinin töqdim etmişdik.

Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

Digər qiymətlər isə belədir:

15-30 dəqiqə - bir manat,

30-60 dəqiqə - iki manat,

1-2 saat - dörd manat,

2-3 saat - altı manat,

3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,

7-10 saat - 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur. Qeyd edək ki, burada tariflər martın 27-dən tətbiq ediləcək.

# 3009
avatar

Fidan İlqar

Oxşar yazılar