Bakını sel basdı Eldar Əzizov HADİSƏ YERİNDƏ  -VİDEO
22 oktyabr 2024 09:26 (UTC +04:00)

Bakını sel basdı Eldar Əzizov HADİSƏ YERİNDƏ -VİDEO

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb.

Lent.az xəbər verir ki, bu barədə Baki şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.

 

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Oxşar yazılar