Bakıda Zəfər Günündə yürüş keçirilir -FOTO
08 noyabr 2022 10:05 (UTC +04:00)

Bakıda Zəfər Günündə yürüş keçirilir -FOTO

Bakıda Zəfər Günü münasibəti ilə hərbi orkestrin müşayiəti ilə hərbiçilərin yürüşü başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yürüş dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;

- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

Bundan başqa, Şuşa şəhərində də hərbi yürüş keçiriləcək.

# 3081
avatar

Oxşar yazılar