Bakıda itkin düşən 14 yaşlı yeniyetmə tapıldı - FOTO
06 noyabr 2021 20:34 (UTC +04:00)

Bakıda itkin düşən 14 yaşlı yeniyetmə tapıldı - FOTO

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı Alina Cavadova sinif yoldaşının yanında olub.

Yeniyetmə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.
 

***

20:14

Bakıda yeniyetmə qız yoxa çıxıb.

APA-nın məlumatına görə, 2007-ci il təvəllüdlü Cavadova Alina Dimitriyevna bu gün naməlum səbəbdən evə gəlməyib.

Yeniyetmənin anası Oksana Cavadova APA-ya bildirib ki, qızı bu gün günorta 11-30- da taksi ilə evə gedərkən Günəşli qəsəbəsində yerləşən "Bravo" supermarketin yanında düşüb. Bundan sonra ondan xəbər olmayıb.

C.Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, ayağında isə qəhvəyi rəngdə çəkmə olub.

Yeniyetməni görən şəxslərdən Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə və ya (070) 882 00 30 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

# 6891
avatar

Oxşar yazılar