Bakıda iki marşrutun hərəkət qrafiki dəyişdirildi
07 oktyabr 2021 11:32 (UTC +04:00)

Bakıda iki marşrutun hərəkət qrafiki dəyişdirildi

149 və 164 saylı müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişiklik əsasında 149 saylı marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 saylı marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib. Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək.

Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Mehman Nəbiyev

Oxşar yazılar