Bakıda bu küçə bağlanır, 12 marşrut xətti dəyişir
08 iyul 2022 18:25 (UTC +04:00)

Bakıda bu küçə bağlanır, 12 marşrut xətti dəyişir

İyulun 10-u saat 8:00-dan iyulun 13-ü saat 20:00-dək Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində təmir işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar küçənin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 12 marşrutun (Q1, 49, 106, 136, 146, 160, 162, 168, 169, 171, 214 və H1 saylı) hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

# 2166
avatar

Oxşar yazılar