Bakıda bədənində zorakılıq izləri olan azyaşlı qız tapıldı - FOTO
19 noyabr 2022 00:30 (UTC +04:00)

Bakıda bədənində zorakılıq izləri olan azyaşlı qız tapıldı - FOTO

Bakıda bədənində zorakılıq izləri olan azyaşlı qız tapılıb.

Lent.az xəbər verir ki. bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Bildirilib ki, bu gün Daxili İşlər Nazirliyi Suraxanı rayonu 31-ci bölmə tərəfindən aşkarlanan azyaşlı 21 may 2012-ci il təvəllüdlü Məmmədova Məsumədir.

O, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

“Uşağın bədənində zədələr, fiziki zorakılıq izləri var. Uşaq 11 saylı İnternat Məktəbində bir vaxtlar oxuduğunu bildirir. Xahiş edirəm, tanıyanlar 055 526 08 88 nömrəsi ilə əlaqə saxlasınlar”, - deyə məlumatda qeyd edilib.

# 3969
avatar

Oxşar yazılar