Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi  DƏYİŞDİRİLDİ
14 mart 2022 13:02 (UTC +04:00)

Bakıda 2 avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ

Bakıda 2 avtobus marşrutunun hərəkət sxemində dəyişiklik olub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, 17 və 24 saylı marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, 17 saylı marşrut xətti üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Yusif Vəzir Çəmənzəminli küçəsindən Zaur Nudirəliyev küçəsinə, 24 saylı marşrut xəttinin isə başlanğıc dayanacaq məntəqəsi Təbriz küçəsindən Murad Qafur küçəsinə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2011

Oxşar yazılar