Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 00:48 (UTC +04:00)

Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən  hissəsində baş verib.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə "VAZ 2107"-nin sürücüsü, 1966-cı il təvəllüdlü Cahangir Heydər oğlu Temirov aldığı müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar