Bakı metrosunda PROBLEM  - RƏSMİ AÇIQLAMA
02 iyun 2021 09:40 (UTC +04:00)

Bakı metrosunda PROBLEM - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun "Şah İsmayıl Xətai" stansiyasındakı eskalatorun fəaliyyətində problem yaranıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, buna səbəb sərnişinlərdən biri təhlükəsizlik düyməsini sıxıb:

“Sözügedən eskalatorlar da müasir tiplidir. Onlar avtomatlaşdırılmış rejimdədir. Eskalatorun dayanması texniki səbəbdən olmayıb. İkinci dəfə olmasına səbəb də elə sərnişinin təkrarən təhlükəsizlik düyməsini sıxmasıdır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar