"Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırıldı - VİDEO  - YENİLƏNİB
28 oktyabr 2024 12:28 (UTC +04:00)

"Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırıldı - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsünü yenidən su basması məlumatı yayılıb.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətin məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxtda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

 

 

***

11:05

 

Bakıya yağan leysan yağışları nəticəsində Nərimanov rayonundakı "Bağırov körpüsü"nə yenidən su dolur.

Lent.az ərazidən çəkilmiş görüntüləri təqdim edir: 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4926
avatar

Oxşar yazılar