"Azəristiliktəchizat"ın "Azəriqaz"a 41 milyon borcu var.
Lent.az xəbər verir ki, bunu "Azəriqaz" İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O bildirib ki, "Azəristiliktəchizat"ın bu borcun müəyyən hissəsini qəbul etmir:
Hər il olduğu kimi bu il də "Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu yaranıb. Bu borc 41 milyondur. Bu borc alınmalıdır ki, 8500 əməkdaşın əməkhaqqısı ödənilsin. Hətta ötən il "Azəristiliktəchizat"la "Azəriqaz"ın borc məsələsi ictimailəşdi və hətta Baş nazir də işə qarışdı. Və onlara maliyyə dəstəyi ayrıldı ki, "Azəriqaz"ın borcu ödənilsin".