Biləsuvar rayonunda iki kənd qazsız qalıb
Lent.az bu barədə "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.
Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.