“Azərbaycanfilm”in direktoru İSTEFA VERDİ:  Yeni təyinat - YENİLƏNİB
04 mart 2022 16:45 (UTC +04:00)

“Azərbaycanfilm”in direktoru İSTEFA VERDİ: Yeni təyinat - YENİLƏNİB

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədovun yerinə təyinat olub.

Lent.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Nazim Hüseynov kinostudiyaya yeni direktor təyin olunub.

***

15:20

“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə F.Əhmədov özü feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən istefa verib. 

F.Əhmədov paylaşımda vurğulayıb ki, bundan sonrakı fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3801
avatar

Fidan İlqar

Oxşar yazılar