Azərbaycandan Türkiyəyə aparılan  bir şəhid şəkli   gündəm oldu?
23 fevral 2023 17:37 (UTC +04:00)

Azərbaycandan Türkiyəyə aparılan bir şəhid şəkli gündəm oldu?

Türkiyədəki dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti və xalqı durmadan qardaş ölkəyə yardım göndərir. Malatyada zələzlədən zərərçəkmiş bir ailəyə gedən yardım isə ailəni çox təsirləndirib. 

Lent.az-ın xəbərinə görə, II Qarabağ müharibəsində şəhid olmuş laçınlı Elgün Abbaslının anası göndərdiyi yardım qutusunun üzərinə şəhid oğlunun şəklini də yapışdırıb. Yardım qutusu təsadüfən oğlunu terrorçularla savaşda şəhid vermiş bir anaya qismət olub.

Türkiyəli ana yardım qutusunun üzərindən şəhidimizin şəklini kəsib götürərək “mən o anaya qurban olaram, dünyanın ən gözəl hədiyyəsini, balasının rəsmini mənə göndərib. Elə bilirəm dünyanı mənə bağışlayıb. Mənim də şəhidim var. Balam bir idi, iki oldu”, - deyib.

Bu video görüntülər sosial şəbəkələrdə sürətilə yayılıb.

 
 

# 2922
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar