Azərbaycanda yeni yaradılan mərkəz işçi AXTARIR
25 iyul 2022 14:52 (UTC +04:00)

Azərbaycanda yeni yaradılan mərkəz işçi AXTARIR

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas  vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir. 

Lent.az mövcud vəzifələri təqdim edir:

Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 2
aparıcı mütəxəssis – 1

Xüsusi hüququn ekspertizası şöbəsi - 4 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 1
aparıcı mütəxəssis – 2

Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə
şöbə müdiri – 1
baş mütəxəssis – 1
aparıcı mütəxəssis – 1

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər: 
•    Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi; 
•    Hüquq sahəsində azı 3 il iş təcrübəsi; 
•    Ən azı bir xarici dil biliyi.

Əlavə üstünlüklər:
•    Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
•    Magistr və ona bərabər ali hüquq təhsili.

Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək. 

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected]  emailinə göndərə bilərlər. 

Son tarix: 10 avqust 2022-ci il

# 3033
avatar

Oxşar yazılar