Azərbaycanda neçə nəfər COVID-ə yoluxub? - SON STATİSTİKA
06 iyul 2022 16:32 (UTC +04:00)

Azərbaycanda neçə nəfər COVID-ə yoluxub? - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. 

Azərbaycanda indiyədək ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, 9718 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Ölkədə son sutka ərzində 2 755, hazırkı dövrədək isə 6 977 685 test aparılıb.

# 1665
avatar

Oxşar yazılar