Azərbaycanda koronavirusa yoluxma ilə bağlı  SON STATİSTİKA
05 noyabr 2021 18:13 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31418 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3801
avatar

Oxşar yazılar