ATU tələbələri arasında kütləvi yoluxma var? - RƏSMİ AÇIQLAMA
15 mart 2021 16:12 (UTC +04:00)

ATU tələbələri arasında kütləvi yoluxma var? - RƏSMİ AÇIQLAMA

“ATU tələbələri arasında kütləvi yoluxma yoxdur”.

Lent.az xəbər verir ki, bunu ATU-nun mətbuat katibi Günel Aslanova sosial şəbəkə hesabında paylaşdığı postda bildirib.

“Bu gün mediada ATU tələbələri arasında koronavirusa yoluxma halları haqqında məlumat dərc edilib. Lakin qeyd etmək istəyirəm ki, tələbələr arasında kütləvi yoluxma yoxdur.  İndiyədək ATU-nun yalnız bir fakültəsində -  I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar