Ağcaqanad dərmanlarından  İMTİNA  etmək lazımdır
18 iyun 2021 19:43 (UTC +04:00)

Ağcaqanad dərmanlarından İMTİNA etmək lazımdır

Dünyadakı təxminən 3500 ağcaqanad növündən yalnız bir neçəsi insan üçün təhlükəlidir. Məlum olduğu kimi, ağcaqanadın dişləməsi bədənimizdə müvəqqəti narahatlıq yaradır. Dəridə qaşınma və qızartı olur. 

Lent.az xəbər verir ki, bəzi böçəklər insanları dişləmək üçün hədəfə alır, infeksion xəstəliklərin yayılmasında “xüsusi” rolu olur. Tədqiqatçılar qeyd edir ki, ağcaqanadların bir neçə növü insanları dişləmək üçün də ixtisaslaşır. 

Diptera adlanan böcəklər qrupuna aid olan ağcaqanadlar ölümcül xəstəlikləri surətlə yayan həşəratlar arasındadır. Bu dünya əhalisi üçün çox risklidir. 

Ağcaqanadların bədən ətrafında pulcuqlar və bədənimizdən maye əmməyə kömək edən uzun ağız boşluqları var. Erkək ağcaqanadlar təxminən bir həftə, dişi ağcaqanadlar isə təxminən bir ay yaşaya bilirlər. Növlərindən asılı olaraq gecə-gündüz aktivdirlər və xəstəlikləri bir insandan digərinə daşıyırlar.

Ağcaqanad bu günədək malyariya, sarı qızdırma, denqe qızdırması, Zika, Qərbi Nil virusu kimi epidemiyaların yayılmasının başlıca səbəbkarıdır. Təkcə 1 ildə dünyada 100-400 milyon insan ağcaqanadlar vasitəsilə ölümcül denqe qızdırmasına yoluxur.

Mütəxəssislər bildirir ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilməlidir. Bu həşəratlar daha çox nəmişlik olan yerdə artır. Göl, dəniz olan yerlərdə ağcaqanad da çox olur. Bəzi yerlərdə isə gölməçələr olmasa da, yaşayış evlərinin zirzəmisində su axması nəticəsində nəmişlik yaranır və bu da ağcaqanadların artmasına səbəb olur. Əgər evdə həşəratlar çoxalırsa, bu zaman Gigiyena və Epidemiologiya Mərkəzindən yardım istəmək lazımdır ki, zirzəmilər dezinfeksiya olunsun.

Çox vaxt satışda həşərat və ağcaqanad əleyhinə müxtəlif çeşiddə dərman vasitələr olur. Çox vaxt da bu dərmanların sağlamlığımıza nə kimi təsirinin olmasının fərqinə varmırıq. Mütəxəssislər belə dərman vasitələrinin kimyəvi maddələrlə zənginliyini əsas gətirərək onlardan istifadə zamanı ehtiyatı əldən verməməyə çağırırlar.

Həkimlər bildirir ki, kimyəvi preparat hansısa bir canlıya öldürücü təsir edirsə və ya sinir sistemini tormozlaşdırırsa, sözsüz ki, insan orqanizminə az da olsa təsiri var. Xüsusilə də, körpələr üçün daha zərərlidir. Əgər evdə uşaq yatırsa, ağcaqanad dərmanlarının istifadəsindən imtina etmək lazımdır. Belə dərmanların mütəmadi istifadəsinin fəsadları dərhal bilinməsə də, gələcəkdə özünü büruzə verə bilər. Həkimlərin sözlərinə görə, belə preparatların üzərində nə qədər təhlükəsiz olduğu yazılsa da, sağlamlığımız üçün təhlükəlidir və əlavə təsirlərini göstərməkdə davam edəcək.

Çoxları ağcaqanadların koronavirus yaymasından narahatdır. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Ağcaqanadlara Nəzarət Birliyi də ağcaqanadların COVID-19 daşıyıcısı olmadığını qəbul edir. Bunun səbəbi isə virusun hələ onlara yoluxmamasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6027
avatar

Nigar Adil

Oxşar yazılar

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

2 iyul 2024 , 13:36
Sabah Bakıya yağış yağacaq  - HAVA PROQNOZU

Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU

2 iyul 2024 , 12:37
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

2 iyul 2024 , 10:55
Qadınlara hansı işlərdə çalışmaq qadağandır? - CAVAB

Qadınlara hansı işlərdə çalışmaq qadağandır? - CAVAB

2 iyul 2024 , 10:29
İyulun əvvəlində hansı bürclər şanslı olacaq?

İyulun əvvəlində hansı bürclər şanslı olacaq?

2 iyul 2024 , 09:09
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama

İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama

1 iyul 2024 , 22:24
Yayın ortasında qar sürprizi

Yayın ortasında qar sürprizi

1 iyul 2024 , 21:46
Emin Əmrullayev onu işdən çıxardı

Emin Əmrullayev onu işdən çıxardı

1 iyul 2024 , 17:36