“Azərbaycanın öz torpqlarını işğaldan azad etməsindən məktəblərdə təhsilin məzmunu bir neçə istiqamətdə dəyişiləcək”.
Lent.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "ATV Aktual" proqramına müsahibəsində deyib.
O bildirib ki, birinci istiqamət hadisələrin mahiyyəti və əhval-ruhiyyə ilə bağlıdır: “Bu günə qədər bizim təhsilimizin, məktəblərimizin qarşısında duran əsas məsələ hər bir Azərbaycan vətəndaşını Vətənin azad edilməsinə hazırlamaq idi. Bu missiya müəyyən mənada uğurla həyata keçirilib. Növbəti missiya əldə olunan uğurların qorunması, yaşadığımız mühitin, risklərin nəzərə alınmasıdır. Gələcəkdə əvvələr üzləşdiyimiz məsələlərlə bir daha üzləşməmək istiqamətində şagirdləri hazırlamalıyıq. Eyni zamanda, qısa müddətdə İkinci Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, növbəti yarımildən artıq məzmunda bununla bağlı müəyyən dəyişikliklər ediləcək”.
Nazir qeyd edib ki, uzunmüddətli vədədə işğal tarixlərini hələ də yadımızda saxlamalı, bununla yanaşı, işğal olunan ərazilərin azad olunması tarixi və xalqımızın bu sahədə əldə etdiyi uğurları dərs kimi şagirdlərimizə çatdırmalıyıq.