İranla sərhəddə silahlı İNSİDENT:  ölən var
12 aprel 2025 14:52 (UTC +04:00)

İranla sərhəddə silahlı İNSİDENT: ölən var

İranla sərhəddə hərbçilərimizə atəş açılıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 8-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçmağa nail olub. 

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2344

Oxşar yazılar

Naxçıvan-Sədərək magistralında QƏZA:  5 nəfər yaralandı

Naxçıvan-Sədərək magistralında QƏZA: 5 nəfər yaralandı

12 aprel 2025 , 21:52
Bakıda maşın işıqforu vurub aşırdı

Bakıda maşın işıqforu vurub aşırdı

12 aprel 2025 , 21:31
Lənkəranda antibiotik iynəsi vurduran  operator öldü

Lənkəranda antibiotik iynəsi vurduran operator öldü

12 aprel 2025 , 21:24
TikTok-da  mübahisə etdiyi şəxsi bıçaqladı - Bərdədə şok olay

TikTok-da mübahisə etdiyi şəxsi bıçaqladı - Bərdədə şok olay

12 aprel 2025 , 21:07
Abşeronda biznesmen özünü asdı

Abşeronda biznesmen özünü asdı

12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41