Azərbaycanlı saxta arayışa görə 20 min cərimələndi
12 aprel 2025 13:51 (UTC +04:00)

Azərbaycanlı saxta arayışa görə 20 min cərimələndi

Rusiyanın Kurqan vilayətində azərbaycanlı saxta sənəddən istifadə etməkdə təqsirli bilinib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, saxta arayış təqdim edərək işə götürüldüyünü sübut etməyə çalışsa da, polis tərəfindən ifşa edilib. Məhkəmə miqrantı cərimələyib.

“Miqrasiya məsələləri üzrə şöbəyə müraciət edən Azərbaycan əsilli şəxs yerli kommersiya təşkilatından əldə etdiyi 2-NDFL arayışını təqdim edib. Məlum olub ki, arayış saxtadır — bu səbəbdən cinayət işi açılıb”, — deyə mənbələr bildiriblər. Azərbaycanlıya 20 min rubl məbləğində cərimə təyin olunub.

Məlumat məhkəmə materialları ilə də təsdiqlənib.

Məhkəmə həmin şəxsi saxta sənəddən istifadə etməkdə təqsirli bilib. Onun ilk dəfə məsuliyyətə cəlb olunduğu nəzərə alınaraq, cərimə cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar