İsmayıllıda itkin düşən kişinin meyiti arxdan tapıldı
12 aprel 2025 09:25 (UTC +04:00)

İsmayıllıda itkin düşən kişinin meyiti arxdan tapıldı

İsmayıllıda arxdan meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Tircan kəndində qeydə alınıb.

70 yaşlı Nəsirov Misirxanın meyiti yaşadığı kənddə su keçidindən (arxdan) aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bəlli deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, Misirxan Nəsirov aprelin 10-da yaşadığı evdən çıxaraq. geri qayıtmayıb. Onun meyiti bir gün sonra qeyd olunan su arxından tapılıb. Məlumata görə, mərhumun oğlu bir neçə il əvvəl ölüb. Ondan sonra M. Nəsirovda psixoloji problemlər yaranıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar