Polis tək yaşayan koronavirus xəstəsinə yardım etdi
14 avqust 2020 12:49 (UTC +04:00)

Polis tək yaşayan koronavirus xəstəsinə yardım etdi

Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmək və profilaktiki tədbirlər keçirməklə yanaşı, vaxtaşırı olaraq köməyə ehtiyacı olan və tək yaşayan vətəndaşlara yardım işini də həyata keçirir.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən rayon sakini A.Səfərova baş çəkiblər.

Rayonunun Nəsimikənd kəndinin sakini olan həmin şəxs tək yaşadığı üçün polis əməkdaşları ona gündəlik ərzaq tələbatı mallarından ibarət bağlama gətiriblər. Şöbə əməkdaşları A.Səfərovun ehtiyacları ilə maraqlanıb və bir daha xatırladılıb ki, yaşadığı yeri tərk edib başqaları ilə təmasda olması həyat və sağlamlıq baxımından təhlükəlidir. Buna görə də zəruri məsələlərlə bağlı hər an polisə müraciət edə bilər.

Vətəndaş A.Səfərov göstərdikləri diqqətə və ev şəraitində müalicə aldığı dövrdə gündəlik olaraq onun qayğıları ilə maraqlandıqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1724

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38