2020-ci illə bağlı vahiməli PROQNOZ: Quraqlıq, gərginlik, müharibə...
26 dekabr 2019 15:51 (UTC +04:00)

2020-ci illə bağlı vahiməli PROQNOZ: Quraqlıq, gərginlik, müharibə...

2020-ci ilin gəlməsinə çox az qalıb. Şərq təqviminə əsasən gələn il hiyləgər, çevik, təhlükəli və ağıllı Ağ Siçan ili üzərində təhvil olunacaq. 

Lent.az türkiyəli astroloq Uyğur Gürün 2020-ci illə bağlı astroloji proqnozlarını təqdim edir. Uyğur Gür bildirib ki, 2019-cu ildə olanlar 2020-ci ildə olacaqların anonsu idi:
“Qarşıdan gələn ildə dünyada iqtisadi problemlər artacaq, böyük firmalar iflas edəcək. İqtisadi münasibətlərin pozulmasına görə irqçilikdə artım qeydə alınacaq. 

ABŞ, Rusiya, Çin qlobal anlamda güclərini ortaya qoyacaqlar. ABŞ və Çin arasında olan gərginlik bu il daha da artacaq. Rusiyanın işğalçı ruhu 2020-ci ildə özünü daha aydın göstərəcək. Yaxın Şərq İsrailin siyasi manevrləri ilə sarsılacaq, Misir əvvəlki gücünü bərpa etməyə çalışacaq. İran nüvə silahı ilə bağlı addımları ilə ABŞ-la münasibətlərdə olan gərginliyi daha da yüksəldəcək. Ümumiyyətlə, dünya ölkələri gərgin bir savaşa hazırdır”. 

U. Gür qeyd edib ki, bütün bunlarla yanaşı, quraqlıq və təmiz su ehtiyatlarının çatışmazlığı da bu ilin əsas problemlərindən olacaq:
“Bu il kifayət qədər çox zəlzələlərin olması da proqnozlaşdırılır. Bu səbəbdən dünyanın qlobal gücləri tez-tez bir araya gələcək”. 

Qeyd edək ki, məşhur baxıcı Vanqanın da 2020-ci il proqnozlarında bu il Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli sunami baş verəcəyi yer alıb. 2020-ci illə bağlı verdiyi proqnozlarında Vanqa bildirib ki, 2020-ci il hadisələri böyük itki və dağıntılara səbəb olacaq. Proqnozlardan biri də Asiyanı Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözləməsi ilə bağlıdır. Vanqanun proqnozlarını özünü doğrultsa, Britaniya Avropa Birliyindən çıxdıqdan sonra ciddi iqtisadi böhranla üzləşəcək. Bundan əlavə, Qərbi Avropa dini və etnik zəmində qarşıdurmalarla sarsılacaq, bu, AB-nin dağılmasının başlanğıcı olacaq.

Vanqanın Tramp və Putinlə bağlı da proqnozları var. Vanqaya görə, ABŞ prezidenti Donald Tramp eşitmə problemi ilə bağlı qəribə bir xəstəliyə tutulacaq, Rusiya prezidenti Putinə isə sui-qəsd cəhdi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5593

Oxşar yazılar

Məhkumlar imtahan verəcək – Nazir müavini ilə MÜSAHİBƏ

Məhkumlar imtahan verəcək – Nazir müavini ilə MÜSAHİBƏ

25 iyun 2025 , 16:45
Ağdərədə 32 il sonra  ilk körpə doğuldu

Ağdərədə 32 il sonra ilk körpə doğuldu

25 iyun 2025 , 16:04
Böyrək daşı yaradan  qidalar

Böyrək daşı yaradan qidalar

25 iyun 2025 , 15:59
Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

25 iyun 2025 , 15:13
"Biz uğurların bünövrəsini çoxdan qoymuşuq!" - Lent.az 17 yaşında

"Biz uğurların bünövrəsini çoxdan qoymuşuq!" - Lent.az 17 yaşında

25 iyun 2025 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

25 iyun 2025 , 14:44
Paltarlarınızı çıxarın – Nüvə radiasiyasından QORUNMA YOLLARI

Paltarlarınızı çıxarın – Nüvə radiasiyasından QORUNMA YOLLARI

25 iyun 2025 , 14:14
Bakıda 6 yolda hərəkət məhdudlaşır

Bakıda 6 yolda hərəkət məhdudlaşır

25 iyun 2025 , 13:51