Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib.
Lent.az APA-ya istinadla xəbər verir ki, rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada "Mersedes", "KİA" və "Opel" toqquşub.
Hadisə nəticəsində rayon sakinləri 26 yaşlı Qurbanov Nicat və qardaşı, 39 yaşlı Qurbanov Ceyhun Vaqif oğlu, 26 yaşlı Süleymanov Elçin ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, ölənlər "Mersedes"in sürücü və sərnişinləri olub.
Faktla bağlı araşdırma aparılır.