Rusiyanın Xanti-Mansisk Muxtar Dairəsində imtahanlarının bitməsini qeyd edən yeniyetmə xəstəxanalıq olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Surqut şəhərində qeydə alınıb.
15 yaşlı yeniyetmə imtahanların sonunu spirtli içki ilə qeyd etmək qərarına gəlib.
Yeniyetmə bir litr araq içib və 16 saat yatıb. Onu oyada bilməyən dostu təcili yardım çağırıb.
Yeniyetmə süni nəfəs aparatına qoşularaq reanimasiyaya yerləşdirilib. Tibbi yardım nəticəsində o, yalnız bir gün sonra özünə gəlib. Altı gündən sonra oğlanın vəziyyəti stabilləşib.