Polis rəisinin müavini və idarə rəisi TUTULDU
25 iyun 2025 10:45 (UTC +04:00)

Polis rəisinin müavini və idarə rəisi TUTULDU

Rusiyanın Kaluqa vilayətinin polis rəisinin müavini və cinayət axtarış idarəsinin rəisi 50 min miqrantı qanunsuz olaraq leqallaşdırmaqda ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, qanunsuz kanalı Kaluqa vilayətinin Jukovski rayonu üzrə miqrasiya idarəsinin rəis müavini və onun həmkarı, cinayət axtarış şöbəsinin rəisi təşkil edib.

İki il ərzində yüksək rütbəli polis əməkdaşları pul təzminatı müqabilində əcnəbilərin rus dilindən və Rusiya qanunvericiliyinin əsaslarından imtahan vermələrini qondarma şəkildə təşkil ediblər. Onlar həmçinin miqrantlara iş icazəsi verib, müvəqqəti və daimi qeydiyyat, həmçinin digər prosedurlar həyata keçiriblər.

Qəbul edənlər sənədləri təhvil verib, Rusiyada hüquqi status alıb və ölkənin müxtəlif bölgələrində məskunlaşıblar.

Şübhəlilər tutularaq Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 3-cü hissəsi (“Xarici vətəndaşların Rusiya Federasiyasında qanunsuz qalmasının təşkili”) və 291-ci maddəsinin 3-cü hissəsi (“Rüşvət verməyi nəzərdə tutan”) ilə rəsmi ittiham ediliblər.

Qanunsuz leqallaşdırılmış miqrantların məlumatları da müəyyən edilib. Tezliklə onların hamısı tapılacaq, barmaq izi alınacaq və vətənlərinə deportasiya ediləcək.

Əlavə olunub ki, cinayət işində beş nəfər iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar