20 dərəcə şaxta   olacaq - Fevral ayının  HAVA PROQNOZU
31 yanvar 2024 16:56 (UTC +04:00)

20 dərəcə şaxta olacaq - Fevral ayının HAVA PROQNOZU

Fevral ayında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 8ğ mm).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 78273
avatar

Oxşar yazılar