Ekologiya Nazirliyindən 150 min manatlıq cərimə
23 iyul 2012 14:53 (UTC +04:00)

Ekologiya Nazirliyindən 150 min manatlıq cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 01-15 iyulunda ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 82 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 21 iş üzrə 149200 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 110 iş üzrə 12490.02 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 6, məhkəməyə 1, icra qurumlarına isə 25 iş göndərilib.

Jalə
# 471

Oxşar yazılar