Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. nəfəri ötdü
23 iyul 2012 11:51 (UTC +04:00)

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 mln. nəfəri ötdü

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verdiyi məlumata görə, bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

İyulun 1-ə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə çatıb. Sığortaolunanların 56,2 faizi kişi, 43,8 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21 faizini 30 yaşa kimi vətəndaşlar, 23,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
# 380

Oxşar yazılar